14.09.2021

ARTİ-də fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ixtisas fənnindən qəbul imtahanı keçirilib

13 sentyabr 2021-ci il tarixində ARTİ-də fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ixtisas fənnindən qəbul imtahanı keçirilib.

Qəbul imtahanında sosial məsafə, sanitar-gigiyenik normalar gözlənilməklə komissiya üzvləri tam tərkibdə iştirak ediblər.

ARTİ-nin direktoru, kimya üzrə fəlsəfə doktoru Rüfət Əzizovun sədrliyi ilə keçirilən imtahana ARTİ-nin Elmi-pedaqoji tədqiqatlar mərkəzinin direktoru, pedaqogika üzrə fəlsəfə doktoru, dosent İlham Cavadov, Təhsilin idarə olunması və iqtisadiyyatı şöbəsinin müdiri, pedaqogika üzrə elmlər doktoru, dosent Piralı Əliyev, ARTİ-nin Elmi-pedaqoji kadrların hazırlanması şöbəsinin müdiri, pedaqogika üzrə elmlər doktoru, professor Hümeyir Əhmədov, ARTİ-nin elmi katibi, pedaqogika üzrə elmlər doktoru, professor Akif Abbasov, AMEA-nın müxbir üzvü, biologiya üzrə elmlər doktoru, professor Elşad Qurbanov, pedaqogika üzrə fəlsəfə doktoru Könül Mahmudova qatılıblar.

Namizədlər Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası və Təhsilin təşkili və planlaşdırılması ixtisası üzrə imtahan veriblər.

Bununla da ARTİ-nin doktoranturasına qəbul imtahanları başa çatıb.

ARTİ bütün namizədlərə uğurlar arzu edir!