10.09.2021

Metodik Dəstək Mərkəzinin əməkdaşları bölgələrə səfərlərini davam etdirir

ARTİ-nin Metodik Dəstək Mərkəzinin (MDM) əməkdaşları regionlarda metodik xidmətin mövcud vəziyyətinin öyrənilməsi, metodik kabinet müdirləri və metodistlərlə tanışlıq məqsədilə bölgələrə səfərlərini davam etdirir.       

Növbəti görüşlər 6-9 sentyabr 2021-ci il tarixlərində həyata keçirilib. Görüşlər Zərdab, Gəncə, Kəlbəcər, Sumqayıt şəhər və rayonları üzrə metodik kabinetlərin əməkdaşları ilə təşkil olunub.                     

MDM-in əməkdaşları adıçəkilən rayon və şəhərlər üzrə 50 nəfərdən artıq metodik kabinet əməkdaşı ilə fərdi şəkildə görüşüb, elektron təqdimatlarla tanış olublar.             

Görüşlər zamanı metodistlərin müxtəlif məzmunda sualları cavablandırılıb, təklif və ehtiyaclar qeyd edilib.

MDM tərəfindən bu formatda görüşlərin digər regionlarda da keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, MDM-in nümayəndələri Gəncə şəhərində olarkən şəhər təhsil idarəsinin bir neçə əməkdaşı ilə birlikdə 11 oktyabr 2020-ci il tarixində Ermənistanın silahlı qüvvələri tərəfindən raket hücumuna məruz qalmış ərazini ziyarət ediblər.