03.09.2021

Metodik Dəstək Mərkəzinin (MDM) əməkdaşları bölgələrə səfərlərini davam etdirir

ARTİ-nin Metodik Dəstək Mərkəzinin (MDM) əməkdaşları regionlarda metodik xidmətin mövcud vəziyyətinin öyrənilməsi, metodik kabinet müdirləri və metodistlərlə tanışlıq məqsədilə bölgələrə səfərlərini davam etdirir.    

Növbəti görüşlər 30 avqust - 3 sentyabr 2021-ci il tarixlərində həyata keçirilib. Görüşlər Ağdaş, Yevlax, Mingəçevir, Goranboy və Xocalı şəhər və rayonları üzrə metodik kabinetlərin əməkdaşları ilə təşkil olunub.         

MDM-in əməkdaşları adıçəkilən rayon və şəhərlər üzrə 45 nəfər metodik kabinet əməkdaşı ilə fərdi şəkildə görüşüb, elektron təqdimatlarla tanış olublar.  

Görüşlər zamanı metodistlərin müxtəlif məzmunda sualları cavablandırılıb, təklif və ehtiyaclar qeyd edilib.

MDM tərəfindən bu formatda görüşlərin digər regionlarda da keçirilməsi nəzərdə tutulub.