26.08.2021

V sinif Təbiət fənninin tədrisi ilə bağlı təlimlər

ARTİ-nin Təhsil işçilərininin peşəkar inkişafı mərkəzi və Tədris resursları şöbəsinin birgə təşkilatçılığı ilə V sinifdə pilot qaydada sınağı nəzərdə tutulan təbiət fənninin tədrisi ilə əlaqədar 23-26 avqust tarixində təlimçilərə təlimlər keçirilib.

Təlimin məqsədi təbiət elminin tədrisinin əhəmiyyəti, tədqiqat əsaslı öyrənmə metodikası ilə hazırlanmış yeni dərslik, tədqiqat əsaslı dərsin əsas komponentlərinə dair bilik və bacarıqlar haqqında məlumatlandırmaq, dərslikdəki fizika, biologiya, kimya və coğrafiyaya aid mövzulardan nümunə dərs hazırlamaqla təlimçilərə praktik məşğələlər keçməkdir.

Pedaqoji kadrların ixtisasartırma təlimini həyata keçirən təlimçilər üçün nəzərdə tutulan təlim proqramı 18 akademik saat olub və onlayn formatda təşkil olunub.

Təlimçilər fizika fənnindən Yalçın İslamzadə, biologiya fənnindən Rəşad Səlimov, kimya fənnindən Elmar İmanov, coğrafiyadan isə Mahir Sərkərlidir.

Qeyd edək ki, müəllimlər üçün təlimlərin yaxın həftələrdə keçirilməsi nəzərdə tutulur.