20.08.2021

"Məktəblərdə keyfiyyətli metodik xidmət" proqramı çərçivəsində regionlarda "Səriştəli metodist" layihəsinə namizədlərin seçim prosesi davam etdirilir

Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) “Məktəblərdə keyfiyyətli metodik xidmət” proqramı çərçivəsində regionlarda “Səriştəli metodist” layihəsinə namizədlərin seçim prosesini davam etdirir.
14-31 iyul tarixləri arasında müraciət edən namizədlərin müsahibə mərhələsi 18 avqust tarixindən etibarən başlanıb.
ARTİ-nin Metodik Dəstək Mərkəzində baş tutan müsahibə mərhələsinə 60 test tapşırığından 45-dən çoxuna düzgün cavab verən iştirakçılar dəvət edilib.
Qeyd edək ki, layihə üçün 01-15 avqust tarixlərində müraciət edən namizədlərə növbəti mərhələlərlə bağlı məlumatlar elektron poçt ünvanlarına göndərilir.