23.07.2021

Lisey və gimnaziyalara keçirilmiş qəbul imtahanında boş qalan yerlərə müraciətlərə start verilir

Azərbaycan Respublikası Təhsil Nazirliyinin birbaşa tabeliyində fəaliyyət göstərən lisey və gimnaziyalara mərkəzi  sistemlə keçirilmiş qəbul imtahanında boş qalan yerlərə növbəti tur üçün müraciətlərə start verilir.

Müraciət üçün aşağıdakı linkə daxil ola bilərsiniz:

https://cutt.ly/bm7oBje

Nəzərinizə çatdıraq ki, müraciətlər 27 iyul saat 16:00-a qədər qəbul edilir. Qeyd olunmuş tarixdən sonra lisey və ya gimnaziya seçimi mümkün olmayacaq.

Nəticələr 30 iyul 2021-ci il tarixinə qədər şəxsi kabinetlərə göndəriləcək. 

Qeyd edək ki, lisey və gimnaziyalara qəbul prosesi Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən həyata keçirilir.