17.07.2021

"Ağıllı məktəb" yarışmasının qaliblərinin mükafatlandırma mərasimi keçirilib

Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) "STEAM Azərbaycan" layihəsi komandasının birgə əməkdaşlığı ilə dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin 100 illik yubileyinə həsr olunmuş “Tikdim ki, izim qala” adlı “Ağıllı məktəb” yarışması təşkil olunub.

Səbail Rayon İcra Hakimiyyətində RİHB-nın müavini Kəmalə Həşimovanın, RİHBA-nın məsul əməkdaşlarının, eyni zamanda T.İsmayılov adına 6 saylı məktəb-liseyin direktoru Gülşən Orucovanın, 189-190 nömrəli tam orta məktəbin direktoru Ceyran Quliyevanın, 162 nömrəli tam orta məktəbin direktoru Arzu Nəzərovanın və ARTİ-nin "STEAM Azərbaycan" layihəsinin əməkdaşlarının iştirakı ilə T.İsmayılov adına 6 saylı məktəb-liseyin, 132-134 nömrəli Təhsil Kompleksinin, 189-190 nömrəli və 162 nömrəli tam orta məktəblərin 6, 7 və 8-ci sinif şagirdləri arasında yarışmanın qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Yarışmanın qaliblərinə sertifikatlar və hədiyyələr təqdim olunub.