13.07.2021

"Elmi kadr hazırlığı məsələləri" adlı metodik vəsait hazırlanıb

Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) Elmi-pedaqoji kadrların hazırlanması şöbəsinin əməkdaşları tərəfindən fəlsəfə və elmlər doktoru proqramı üzrə doktorant və dissertantlar üçün nəzərdə tutulmuş “Elmi kadr hazırlığı məsələləri” adlı 356 səhifəlik metodik vəsait nəşr olunub.

Bu vəsait əsasən tərtib xarakterlidir, doktorantura və dissertantura təhsili alanlara dəstək göstərmək məqsədilə hazırlanıb. Vəsaitdə “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunundan, “Elm haqqında Qanundan” və s. dövlət sənədlərindən, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Əsasnaməsindən, “Elmi adlar və elmi dərəcələrin verilməsi qaydaları” və digər hüquqi-normativ sənədlərdən nümunələr verilib.                                                                          

Ölkəmizdə ali təhsilin ən yüksək səviyyəsi olan doktorantura və dissertantura təhsili elmi və pedaqoji kadr hazırlığını, ixtisas və elm dərəcələrinin yüksəldilməsini təmin edir və bu ali təhsil müəssisələrində və elmi təşkilatlarda yaradılmış proqramlarla həyata keçirilir.  Metodik vəsait  sözügedən və digər məsələlərdə oxucuya bələdçilik edir.                     

Qeyd edək ki, vəsait ARTİ-nin Elmi-pedaqoji kadrların hazırlanması şöbəsinin əməkdaşlarının iştirakı və pedaqogika üzrə elmlər doktoru, professor H.H. Əhmədovun rəhbərliyi ilə tərtib edilib. 

Vəsait ilə maraqlananlar ARTİ-nin Elmi-pedaqoji kardların hazırlanması şöbəsi ilə əlaqə saxlaya bilər.