09.07.2021

Lisey və gimnaziyalara keçirilmiş qəbul imtahanlarının seçim nəticələri müəyyən olunub

Azərbaycan Respublikası Təhsil Nazirliyinin birbaşa tabeliyində fəaliyyət göstərən lisey və gimnaziyalara mərkəzi sistemlə keçirilmiş qəbul imtahanlarının seçim nəticələri müəyyən olunub.

Valideynlər sy.edu.az portalı vasitəsilə şəxsi kabinetlərinə daxil olaraq övladlarının seçim nəticələri ilə tanış ola bilərlər. Övladları uğur qazanmış valideynlər 15 iyul saat 17:00-a qədər qəbul olduqları lisey və ya gimnaziyanı sistemdə təsdiqləməlidirlər. Əks halda, həmin şagirdlərin nəticələri ləğv ediləcək.

Xatırladaq ki, şagirdlər imtahan balı və qeyd etdikləri ardıcıllıq əsasında mərkəzi sistem tərəfindən müvafiq lisey və ya gimnaziyaya yerləşdirilib.

Qeyd edək ki, lisey və gimnaziyalara qəbul prosesi Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən həyata keçirilir.