08.07.2021

ARTİ dissertantura və doktoranturaya qəbulu davam etdirir

Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) 2021-ci il üçün fəlsəfə və elmlər doktoru proqramları üzrə dissertanturaya və doktoranturaya (əyani və qiyabi) qəbulu davam etdirir.

ARTİ-nin fəlsəfə və elmlər doktoru proqramları üzrə dissertanturaya və doktoranturaya qəbul olan şəxslər təhsil aldığı dövr ərzində bir sıra üstünlüklərdən faydalanacaqlar. Belə ki, proqram üzrə xarici dil və ixtisas təlimləri, həmçinin akademik yazı bacarıqlarının inkişaf etdirilməsi və tədqiqat medotologiyası üzrə də təlimlər təşkil ediləcək. Qeyd edək ki, təlimlərin yerli ekspertlərlə yanaşı, xarici mütəxəssislər tərəfindən də keçirilməsi planlaşdırılıb.

Bundan əlavə, təhsil dövrü müddətində tələbələr üçün müasir pedaqoji məsələlər, o cümlədən təhsildə innovasiyalar, təhsilin psixologiyası, ali təhsil müəssisəsi-sənaye əməkdaşlığı, müasir təhsil və əmək bazarının tələbləri kimi mövzular üzrə dəyirmi masa/müzakirələrin keçirilməsi də nəzərdə tutulub.

Doktoranturaya sənəd təqdim etmek istəyən şəxslər Azərbaycan Respublikası Təhsil Nazirliyinin portal.edu.az saytına daxil olmalı, orada "Ali və orta ixtisas təhsil müəssisələrinə tələbə qəbulu və qeydiyyatı” xidmətini seçərək təlimatlara uyğun olaraq qeydiyyatdan keçməlidirlər

Xarici dil imtahanını müvəffəqiyyətlə vermiş şəxslərin Fəlsəfə fənni üzrə imtahanı 1, 2, 3 sentyabr, ixtisas imtahanı isə 9, 10 sentyabr 2021-ci il tarixlərində baş tutacaq.  

Nəzərinizə çatdıraq ki, portal.edu.az vasitəsilə müraciətlərin göndərilməsi 15 iyul saat 17:00-a qədər mümkündür.

Ətraflı məlumat üçün: +994 12 493 82 71