25.06.2021

Lisey və gimnaziyalara qəbul imtahanlarının nəticələri elan edilib

Azərbaycan Respublikası Təhsil Nazirliyinin birbaşa tabeliyində fəaliyyət göstərən lisey və gimnaziyalara mərkəzi sistemlə keçirilmiş  qəbul imtahanlarının nəticələri elan edilib. Şagirdlər sy.edu.az portalı üzərindən yaradılmış şəxsi kabinetlərinə daxil olaraq imtahan nəticələrini öyrənə bilərlər.  

Minimum 30 faiz nəticə göstərmiş şagirdlər seçim mərhələsinə buraxılıblar. Seçim müsabiqəsində iştirak hüququ qazanmış şagirdlər 5 iyul 2021-ci il saat 17:00-a qədər lisey və gimnaziyalar arasından seçim etməlidirlər. Seçimdən sonra şagirdlər imtahan balı və qeyd etdikləri ardıcıllıq əsasında mərkəzi sistem tərəfindən müvafiq lisey və ya gimnaziyaya yerləşdiriləcəklər. Qeyd olunmuş müddət bitdikdən sonra seçim etmək və ya seçimlərdə hər hansı dəyişiklik etmək imkanı olmayacaq.

Qəbul imtahanlarının nəticələri ilə bağlı müraciətlər 3 iş günü ərzində olimpiada.edu.az saytı vasitəsilə qəbul edilir. 

Qeyd edək ki, lisey və gimnaziyalara qəbul prosesi Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən həyata keçirilir.