17.06.2021

Müəllimlərin işə qəbulu müsabiqəsində və Sertifikasiya imtahanında iştirak edəcək namizədlər üçün sınaq imtahanlarının 2-ci sessiyasına qeydiyyat başa çatır

17 iyun saat 23:59-da Müəllimlərin işə qəbulu müsabiqəsində və Sertifikasiya imtahanında iştirak edəcək namizədlər üçün sınaq imtahanlarının 2-ci sessiyasına qeydiyyat başa çatır.

Onlayn formatda təşkil olunacaq sınaq imtahanlarının 2-ci sessiyası ibtidai təhsil (21 iyun saat 16:00), riyaziyyat (22 iyun saat 16:00), Azərbaycan dili və ədəbiyyat (22 iyun saat 16:00), ingilis dili (23 iyun saat 16:00), tarix (23 iyun saat 16:00), fizika (24 iyun saat 16:00), biologiya (24 iyun saat 16:00), coğrafiya (25 iyun saat 16:00), informatika (25 iyun saat 16:00) və kimya (25 iyun saat 16:00) fənləri üzrə keçiriləcək.

Aşağıda qeyd olunan linkdə qeydiyyatdan keçərək sınaq imtahanlarında iştirak edə bilərsiniz: https://ttm.edu.az/

Qeyd edək ki, sınaq imtahanlarının 1-ci sessiyasında qeydiyyatdan keçən və ödəniş edən şəxslərə 2-ci sessiyada ödənişsiz iştirak hüququ verilir.

Sınaq imtahanlarının məzmunu və təşkili ilə bağlı suallarınız üçün 012 4305779 və 012 4309081 nömrələri ilə əlaqə saxlaya bilərsiniz. Çağrı mərkəzi həftənin 1-5-ci günləri saat 09:00-dan 18:00-a qədər fəaliyyət göstərir. (Nahar fasiləsi 13:00-14:00)

Qeydiyyat və texniki problemlərlə bağlı suallarınız üçün 070 8613972, 055 6561395, 050 6719319 nömrələri ilə əlaqə saxlaya bilərsiniz. Çağrı mərkəzi həftənin 1-5-ci günləri saat 09:00-dan 18:00-a, şənbə günləri 09:00-dan 14:00-a qədər fəaliyyət göstərir. (Nahar fasiləsi 13:00-14:00)

Sınaq imtahanlarında iştirak könüllüdür və iştirak haqqı 14 AZN-dir.