09.06.2021

Lisey və gimnaziyalara onlayn qeydiyyat prosesi başa çatır

Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən lisey və gimnaziyalara onlayn qeydiyyat prosesi 10 iyun saat 17:00-da dayandırılacaq. Qeyd edək ki, lisey və gimnaziyalara qəbul prosesi Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən həyata keçirilir.

Qəbul imtahanları əvvəlcədən müəyyənləşdirilmiş mərkəzlərdə aşağıdakı tarixlərdə keçiriləcək:

6-cı siniflərə qəbul imtahanı (hazırda 5-ci sinifdə təhsil alan şagirdlər) - 16 iyun

5-ci siniflərə qəbul imtahanı (hazırda 4-cü sinifdə təhsil alan şagirdlər) - 17 iyun

7-ci siniflərə qəbul imtahanı (hazırda 6-cı sinifdə təhsil alan şagirdlər) - 18 iyun

8 və 9-cu siniflərə qəbul imtahanı (müvafiq olaraq hazırda 7 və 8-ci siniflərdə təhsil alan şagirdlər) - 21 iyun

Nəzərinizə çatdıraq ki, 5, 6, 7 və 8-ci siniflərə qəbul imtahanında iştirak edəcək şagirdlərin Azərbaycan dili və riyaziyyat fənləri üzrə bilikləri ilə yanaşı, qeyri-standart düşünmə bacarıqları da yoxlanılacaq. 9-cu siniflərə qəbul imtahanında iştirak edəcək şagirdlərə isə məntiqi təfəkkürün əvəzinə fizika və kimya fənləri üzrə suallar da təqdim olunacaq.

Qeyd edək ki, bu günə qədər 11 minə yaxın şagird qeydiyyatdan keçərək buraxılış vərəqi əldə edib.