02.06.2021

Azərbaycan dili və ədəbiyyat, tarix və coğrafiya fənləri üzrə fənn olimpiadalarının respublika mərhələsinin final turunun nəticələri məlum olub

Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Təhsil İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən Azərbaycan dili və ədəbiyyat, tarix və coğrafiya fənləri üzrə fənn olimpiadalarının respublika mərhələsinin final turunun nəticələri məlum olub.

Qaliblər və final turunun nəticələri ilə www.olimpiada.edu.az saytından tanış ola bilərsiniz.

Qeyd edək ki, olimpiadaların təşkilində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə müvafiq fənlərə olan marağın artırılması, onların sağlam rəqabət prinsipləri əsasında öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə şərait yaradılmasından ibarətdir.

Respublika fənn olimpiadaları "Kapital Bank"ın sponsorluğu ilə həyata keçirilir.