29.05.2021

Metodik Dəstək Mərkəzinin əməkdaşları bölgələrə səfər edir

Azərbaycan Respublikası Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzinin (MDM) əməkdaşları regionlarda metodik xidmətin mövcud vəziyyətinin öyrənilməsi, metodik kabinet müdirləri və metodistlərlə tanışlıq məqsədilə bölgələrə səfərlərini davam etdirir.

Növbəti səfər 24-27 may 2021-ci il tarixlərində Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Biləsuvar, Cəbrayıl və Cəlilabad rayonlarının metodik kabinet müdirləri və metodistləri ilə təşkil olunub. MDM-in əməkdaşları adıçəkilən rayonlar üzrə 60-a yaxın metodik kabinet əməkdaşı ilə fərdi şəkildə görüşüb, iş fəaliyyətləri ilə maraqlanıb. Görüş zamanı müxtəlif məzmunda suallar cavablandırılıb, təklif və ehtiyaclar qeyd edilib. 

Qeyd edək ki, bu formatda görüşlərin digər regionlarda da keçirilməsi davam etdiriləcək.