27.05.2021

Müəllimlərin işə qəbulu müsabiqəsində və Sertifikasiya imtahanında iştirak edəcək namizədlər üçün sınaq imtahanlarına start verilir

Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) Müəllimlərin işə qəbulu müsabiqəsində və Sertifikasiya imtahanında iştirak edəcək namizədlər üçün sınaq imtahanlarına start verir.

Onlayn formatda təşkil olunacaq sınaq imtahanları cari ilin iyun ayı ərzində İbtidai təhsil, riyaziyyat, Azərbaycan dili və ədəbiyyat, ingilis dili, tarix, fizika, biologiya, coğrafiya, informatika və kimya fənləri üzrə keçiriləcək.

Sınaq imtahanlarında iştirak könüllü və ödənişli əsaslarla təşkil olunacaq. İmtahanların keçiriləcəyi tarix, iştirak etmək üçün qeydiyyat, iştirak haqqı və digər lazımi məlumatlar yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.