20.05.2021

Lütfi Zadə adına məntiq olimpiadasının final tarixi açıqlandı

26 may 2021-ci il tarixində Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Təhsil İnstitutunun birgə təşkilatçılığı ilə V sinif şagirdləri arasında təşkil edilən Lütfi Zadə adına məntiq olimpiadasının final mərhələsi keçiriləcək.

Bu mərhələdə 2954 şagird iştirak hüququ qazanıb.

Qeyd edək ki, Lütfi Zadə adına məntiq olimpiadası Azərbaycan və rus bölmələri üzrə V sinif şagirdləri arasında təşkil olunur. Müsabiqənin keçirilməsində məqsəd görkəmli alim Lütfi Zadənin irsinin şagirdlər arasında təbliği, həmçinin şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, yaradıcı istedad və fərqli düşünmə qabiliyyəti ilə fərqlənən şagirdləri aşkara çıxarmaq və onların həvəsləndirilməsindən ibarətdir.