16.05.2021

Lütfi Zadə adına məntiq olimpiadasının finalçıları açıqlanıb

Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Təhsil İnstitutunun birgə təşkilatçılığı ilə V sinif şagirdləri arasında təşkil edilən Lütfi Zadə adına məntiq olimpiadasının rayon (şəhər) mərhələsinin nəticələri açıqlanıb.

Nəticələrə əsasən, şagirdlərin 20 faizi final mərhələsində iştirak hüququ qazanıb. Finalçıların siyahısı ilə tanış olmaq üçün qeyd olunan keçidə daxil ola bilərsiniz: https://bit.ly/3omaNWf

Qeyd edək ki, 8 may 2021-ci il tarixində ölkə üzrə 107 mərkəzdə V sinif şagirdləri arasında keçirilən müsabiqədə iştirak üçün 17 mindən çox şagird müraciət edib. 

Müsabiqənin keçirilməsində məqsəd görkəmli alim Lütfi Zadənin irsinin şagirdlər arasında təbliği, həmçinin şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, yaradıcı istedad və fərqli düşünmə qabiliyyəti ilə fərqlənən şagirdləri aşkara çıxarmaq və onların həvəsləndirilməsindən ibarətdir.