08.05.2021

Lütfi Zadə adına məntiq olimpiadasının rayon (şəhər) mərhələsi keçirilib

Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Təhsil İnstitutunun birgə təşkilatçılığı ilə 8 may 2021-ci il tarixində Lütfi Zadə adına məntiq olimpiadasının rayon (şəhər) mərhələsi keçirilib.

Müsabiqədə iştirak üçün  V sinifdə təhsil alan 17 mindən çox şagird müraciət edib. 

Müsabiqənin keçirilməsində məqsəd görkəmli alim Lütfi Zadənin irsinin şagirdlər arasında təbliği, həmçinin şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, yaradıcı istedad və fərqli düşünmə qabiliyyəti ilə fərqlənən şagirdləri aşkara çıxarmaq və onların həvəsləndirilməsindən  ibarətdir.