05.05.2021

"İcma əsaslı məktəbəqədər təhsilin inkişafı" layihəsi çərçivəsində uşaqlar üçün yeni veriliş hazırlanıb

Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən icra olunan “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsi çərçivəsində “UNICEF Azerbaijan”ın maliyyə dəstəyi ilə uşaqlar üçün yeni veriliş hazırlanıb. Müəllif nağılları əsasında hazırlanan "Nağıl bağı" verilişində uşaqlar sehirli nağıllar aləminə səyahət edəcək və maraqlı personajlarla tanış olacaqlar.

Nəzərinizə çatdıraq ki, verilişlər "Mədəniyyət TV" və "ARB Günəş" kanallarında yayımlanır. Eləcə də tamaşaçılar verilişləri layihənin "YouTube" kanalında izləyə bilərlər. İlk nağılı izləmək üçün aşağıdakı keçidə daxil ola bilərsiniz: https://youtu.be/ZAw7Ay-8j_s

Qeyd edək ki, "Nağıl bağı" “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsi çərçivəsində son 3 ayda uşaqlar üçün hazırlanan ikinci verilişdir. Mart ayından etibarən hər həftə məktəbəqədər yaşlı uşaqlar üçün əyləncəli və maarifləndirici “Nazlı və dostları” verilişi “Mədəniyyət TV” kanalında və layihənin “YouTube” kanalında (https://bit.ly/3xLy7B2) yayımlanır.