03.05.2021

Doktorantlar üçün "Tədqiqata giriş" mövzusunda ilk seminar keçirilib

Azərbaycan Respublikası Təhsil İnstitutunun Elmi-pedaqoji kadrların hazırlanması şöbəsi 2020-2021-ci illərdə doktoranturaya qəbul olunan doktorantlar üçün 30 aprel 2021-ci il tarixində "Tədqiqata giriş” mövzusunda ilk seminarı təşkil edib.

Tədbirdə İnstitutun direktor müavini, Əməkdar müəllim, dosent Ənvər Abbasov, elmi katib, Əməkdar müəllim, professor Akif Abbasov, İnstitutun Elmi-pedaqoji tədqiqatlar mərkəzinin direktoru, dosent İlham Cavadov, Elmi-pedaqoji tədqiqatlar mərkəzinin Təhsilin idarə olunması və iqtisadiyyatı şöbəsinin müdiri, Əməkdar müəllim, pedaqogika üzrə elmlər doktoru, dosent Piralı Əliyev, Elmi-pedaqoji kadrların hazırlanması şöbəsinin əməkdaşları, baş mütəxəssis Aynur Əlimuradova, Xədicə Rəhimova və İnstitutun doktorantları iştirak ediblər. Seminarın açılış mərasimində Ənvər Abbasov, Akif Abbasov, İlham Cavadov, Piralı Əliyev çıxış edərək gənc tədqiqatçılara müvəffəqiyyətlər arzu ediblər.

Seminarda spiker qismində Elmi-pedaqoji kadrların hazırlanması şöbəsinin müdiri, Rusiya Təhsil Akademiyasının akademiki, pedaqogika üzrə elmlər doktoru, professor Hümeyir Əhmədov çıxış edib. O, doktorantlara aparacaqları tədqiqatların istiqamətləri və təhsil alacaqları müddət ərzində görəcəkləri işlər barədə geniş məlumat verib və  doktorantura təhsilinin alqoritmini izah edərək öz tövsiyələrini bildirib.

Tədbirin sonunda seminar iştirakçılarının sualları cavablandırılıb.