27.04.2021

Azərbaycanlı şagirdlər PIRLS 2021 beynəlxalq qiymətləndirmə tədqiqatının əsas mərhələsində iştirak edirlər

Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Təhsil İnstitutu 27 aprel 2021-ci il tarixindən etibarən PIRLS 2021 beynəlxalq qiymətləndirmə tədqiqatının pandemiya dövrünün qaydalarına uyğun olaraq həyata keçirilməsinə başlayıb. Bütün ölkəni əhatə edəcək qiymətləndirmədə müxtəlif regionlar üzrə 200 məktəbdən təxminən 7000 şagirdin iştirakı nəzərdə tutulur. Qiymətləndirmə tədqiqatı üçün seçilmiş 254 sinifdən 120-si regionların payına düşür. Bu siniflərdən 201-i Azərbaycan, 53-ü isə rus bölməsi üzrədir.  

Qeyd edək ki, PIRLS (Progress in International Reading Literacy Study) - Oxu Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Tədqiqat IV sinif şagirdlərinin oxuyub anlama bacarığını qiymətləndirmək məqsədilə Beynəlxalq Qiymətləndirmə Assosiasiyası tərəfindən hər 5 ildən bir təşkil olunur.