19.04.2021

V-IX sinif riyaziyyat kurikulum və dərsliklərinin təkmilləşdirilməsi layihəsinin sonuncu təlimi keçirilib

Azərbaycan Respublikasının Təhsil İnstitutu 17 aprel 2021-ci il tarixində Marşel Kavendiş İnstitutu ilə əməkdaşlıq çərçivəsində V-IX sinif riyaziyyat kurikulum və dərsliklərinin təkmilləşdirilməsi layihəsinin 5-ci və sonuncu təlimini keçirib. Təlimdə yerli riyaziyyat mütəxəssisləri ötən təlim zamanı birgə müzakirə nəticəsində riyazi tapşırıqların müxtəlifləşdirilməsi haqqında hazırladıqları təhlili iştirakçılarla və Sinqapurlu mütəxəssislərlə bölüşüblər.

Daha sonra Sinqapurlu mütəxəssislər cənab Brandon və Dr. Lai məzmunun tədrisi prosesi, onun metodları və növləri haqqında danışıb, həmçinin azərbaycanlı mütəxəssislərlə fikir mübadiləsi aparıblar. Bundan əlavə, “Guided practice” (həll istiqamətləri verilən tapşırıqlar), “Chapter opener” (fəslin ilk səhifəsi), “Teaching of concept” (anlayışın öyrədilməsi), İKT-dən istifadə, fəslin xülasəsi haqqında müzakirələr edilib.

Tədbirin sonunda Sinqapur və beynəlxalq təcrübə nümunələri üzərində təhlillər aparılıb.