01.04.2021

Metodik Dəstək Mərkəzinin fəaliyyəti genişlənir

Azərbaycan Respublikası Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzinin (MDM) rəhbərliyi və əməkdaşları yerlərdə metodik xidmətin mövcud vəziyyətinin öyrənilməsi, metodik kabinet müdirləri və metodistlərlə tanışlıq məqsədilə bölgələrə səfərlərə başlayıb. İlkin olaraq 31 mart-1 aprel 2021-ci il tarixlərində Xızı, Siyəzən, Şabran, Xaçmaz, Quba və Qusar rayonlarına səfərlər təşkil olunub. Bu formatda görüşlərin digər regionlarda da keçirilməsi planlaşdırılıb. 

Qeyd edək ki, MDM-in qaynar xətt nömrəsi (+99451 229 68 68) və elektron poçt ünvanı ([email protected]) artıq istifadəyə verilib. İstifadəyə verilən əlaqə vasitələri təhsil işçilərinin metodik dəstəklə bağlı sual və təkliflərini ünvanlaması üçün nəzərdə tutulub.