22.02.2021

Biologiya fənni üzrə sınaq imtahanı keçirilib

Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Təhsil İnstitutunun birgə təşkilatçılığı ilə 21 fevral 2021-ci il tarixində Beynəlxalq Olimpiadalara hazırlıq mərkəzində biologiya fənni üzrə sınaq imtahanı keçirilib. İmtahanda Bakı, Gəncə, Sumqayıt və digər bölgələrdən 40-a yaxın şagird iştirak edib.

Qeyd edək ki, Biologiya fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq dərsləri mövcud COVID-19 pandemiyası ilə əlaqədar olaraq virtual formatda davam etdirilir. Dərslərə aşağı yaş qrupu üzrə ötən illərin Məktəblilərarası Fənn Müsabiqələrinin qalibləri, yuxarı yaş qrupu üzrə isə ötən ilin Respublika Fənn Olimpiadalarının finalçıları arasında keçirilən seçmə imtahanının nəticələrinə əsasən şagirdlər dəvət edilir.