28.12.2020

İngilis dilinin tədrisində yeni yanaşma: "Happy Campers" dərsliyi - video

 

2020-2021-ci tədris ilindən istifadəyə verilən yeni dərsliklər sırasında "Macmillan" Nəşriyyatının “İngilis dili” fənni üzrə 1-ci siniflər üçün hazırladığı “Happy Campers” dərsliyi də yer alır.

“Edumedia-Azərbaycan” şirkəti tərəfindən yerli kontekstə və müvafiq təhsil proqramına uyğunlaşdırılan bu dərslik komplektinin məzmunu ibtidai sinif şagirdlərinin yaş psixologiyası xüsusiyyətləri nəzərə alınaraq, çoxlu sayda musiqi və didaktik oyunlardan ibarət dərs materialları ilə təchiz edilib.

Sözügedən yeni dərsliyin komponentləri, məzmun standartları və fərqli cəhətləri barədə məlumatlandırıcı videonu təqdim edirik.