26.11.2020

"Azərbaycanda Milli Kvalifikasiya Çərçivəsinin icrasına dəstək" layihəsi çərçivəsində modul və təlim materialı hazırlanıb

Azərbaycan Respublikasının Təhsil Nazirliyinin və Təhsil İnstitutunun iştirakı ilə həyata keçirilən Avropa İttifaqının "Azərbaycanda Milli Kvalifikasiya Çərçivəsinin icrasına dəstək" texniki yardım layihəsi çərçivəsində 12 ixtisas üzrə 39 modul və 2 təlim materialı hazırlanmışdır. Modulların elektron versiyası layihə çərçivəsində yaradılmış kvalifikasiya.az internet səhifəsində yerləşdirilmişdir.