23.04.2020

"Qrant sxemləri və mükafatlar" mövusunda təlimlər

21-23 aprel tarixlərində Azərbaycan Respublikasının Təhsil İnstitutunun təşkilati dəstəyi ilə "Qrant sxemləri və mükafatlar" ilə bağlı onlayn təlimlər keçirilib.

Təlimlər Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi” layihəsi çərçivəsində baş tutub.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Təhsil İnstitutunun əməkdaşlarının iştirak etdiyi təlimlər layihənin Böyük Britaniyadan olan eksperti Liza Couvey tərəfindən aparılıb. Təlimin əsas məqsədi sözügedən layihə çərçivəsində yaradılan maliyyə mexanizmlərinin idarəolunması barədə heyəti təlimləndirməkdən ibarət olub. Bu baxımdan təlimlərdə, müqayisəli şəkildə maliyyə mexanizmləri və mükafatlandırma sxemlərinin yaradılması və həyata keçirilməsi üçün addımlar, Azərbaycanda mövcud mexanizmlər təhlil edilərək ətraflı müzakirə olunub.