11.02.2020

Təhsi İnstitutunda "InCites platforması ilə iş" mövzusunda təlim keçirilib

Fevralın 11-də Azərbaycan Respublikasının Təhsi İnstitutunda “InCites platforması ilə iş” mövzusunda təlim keçirilib.

Təlimdə “Clarivate Analytics” şirkətinin Rusiya və MDB üzrə təhsil proqramları direktoru Valentin Bogorov ali təhsil müəssisələrinin elmi aktivliyi və tədqiqat nəticələrinin izlənilməsi və müqayisə edilməsi, effektiv elmi əməkdaşlıq layihələrinin müəyyən olunması, strateji əməkdaşlıqların inkişaf etdirilməsi və s. ilə bağlı yuxarıda qeyd olunmuş platformanın yaratdığı imkanlar barədə ətraflı məlumat verib.

Təlimdə Təhsil İnstitutunun və ali təhsil müəssisələrinin əməkdaşları iştirak edib.