29.06.2019

"4-cü sinif şagirdlərində riyazi bacarıqlarının inkişaf etdirilməsi" layihəsinin yekunu ilə bağlı görüş keçirilib.

İyunun 29-da Azərbaycan Respublikasının Təhsil İnstitututunun həyata keçirdiyi “4-cü sinif şagirdlərində riyazi bacarıqlarının inkişaf etdirilməsi” layihəsinin yekunu ilə bağlı görüş keçirilib.

2018-2019-cu tədris ili ərzində həyata keçirilən layihənin əsas məqsədi ibtidai siniflərdə riyaziyyat fənni üzrə mövzuların tədrisi imkanlarının yaxşılaşdırılması, həmçinin kiçik yaşlı şagirdlərin texniki fənlərə marağının artırılması olmuşdur.

Görüş zamanı Təhsil İnstitutunun direktoru vəzifəsini icra edən Emin Əmrullayev ölkəmizdə xüsusən də bölgələrdə təhsilin inkişafı istiqamətində həyata keçirilən layihələrin əhəmiyyətindən danışıb.

Görüşdə cari tədris ilində görülmüş işlər müzakirə edilib və gələcək perspektivlər barədə fikir mübadiləsi aparılıb.

Sonda layihə üzrə bölgələrdə çalışan müəllimlərə təşəkkürnamə təqdim edilib.

Qeyd edək ki, layihə çərçivəsində ibtidai sinif şagirdləri riyaziyyatın sirlərini yuxarı siniflərdə bu fənni tədris edən müəllimlərdən öyrənərək mövcud bacarıqlarını inkişaf etdirmək imkanı qazanıblar. Bu həm də müəllimlərə riyaziyyat fənninin ümumi təhsil pilləsinin ibtidai və ümumi orta təhsil səviyyələri üzrə məzmun və idraki komponetləri arasında ardıcıllıq, sistemlilik, varislik əlaqələrini əyani şəkildə görməyə imkan yaratmışdır.

Layihə 20 bölgə (Ağcabədi, Bərdə, Biləsuvar, Cəlilabad, Gəncə, İmişli, Masallı, Mingəçevir, Qəbələ, Quba, Qusar, Xaçmaz, Xudat, Sabirabad, Salyan, Şəki, Tovuz, Yevlax, Zaqatala)  üzrə 60 ümumtəhsil məktəbinin təxminən 2500 nəfər şagirdini əhatə etmişdir.