14.02.2019

Respublika fənn olimpiadalarının növbəti turunda iştirak edəcək şagirdlərin adları açıqlandı

Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsinin nəticələri elan edilib. Nəticələrə əsasən bütün fənlər və siniflər üzrə 40% və yuxarı (fizika fənni 10-cu siniflər üçün isə 30% və yuxarı) nəticə göstərmiş şagirdlər olimpiadaların növbəti mərhələsində iştirak etmək hüququ əldə edirlər. 

Növbəti mərhələyə qeydiyyat 05.03-20.03.2019-ci tarixlərdə www.olimpiada.edu.az saytı vasitəsilə həyata keçiriləcəkdir.

Nəticələr ilə www.olimpiada.edu.az saytından tanış ola bilərsiniz. 

Qeyd edək ki, 2018-2019-cu tədris ili üçün Respublika fənn olimpiadalarının birinci - rayon (şəhər) mərhələsi 3 fevral 2019-cu il tarixində ölkənin bütün şəhər və rayonlarında  keçirilib.

Bilik yarışında 9, 10, 11-ci, həmçinin xüsusi istedada və hazırlığa malik 8-ci sinif şagirdləri iştirak ediblər.

Respublika fənn olimpiadaları Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix, coğrafiya fənləri üzrə keçirilib.

Olimpiadanın rayon (şəhər) mərhələsində şagirdlərə fənlər üzrə qapalı test formatında 25 sual təqdim edilib.

Respublika fənn olimpiadalarında iştirak etmək üçün 32 986 şagird qeydiyyatdan keçib.