23.01.2019

Pedaqogika və Psixologiya Problemləri üzrə Elmi Şuranın növbəti iclası baş tutub.

Yanvarın 23-də Azərbaycan Respublikasının Təhsil İnstitutunda (ARTİ) Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası Pedaqogika və Psixologiya Problemləri üzrə Elmi Şurasının (PPPEŞ) növbəti iclası keçirilib.

İclasda respublikanın 11 elm və təhsil müəssisəsindən daxil olmuş 3-ü elmlər, 50-si fəlsəfə doktorluğu hazırlığı üzrə, 42-si pedaqogika, 11-i psixologiya sahələri üzrə ümumilikdə 53 dissertasiya mövzusu müzakirə olunub.

Təqdim olunmuş bütün mövzular müvafiq qaydada Şuranın elektron qeydiyyat bazasına daxil edilib.

Mövzulara ölkəmizin alimləri tərəfindən müvafiq rəy verilib və onların Şura üzvlərinin müzakirəsinə çıxarılması tövsiyə edilib. Rəyçilər ümumilikdə 35 dissertasiya mövzusunun təqdim olunduğu şəkildə təsdiq edilməsini, 18 dissertasiya mövzusuna isə redaksiya xarakterli müvafiq dəyişikliklərin edilməsini tövsiyə ediblər.

Müzakirədə Pedaqogika və Psixologiya Problemləri üzrə Elmi Şuranın üzvlərindən prof. İntiqam Cəbrayılov (sədr), prof. Akif Abbasov, prof. Hümeyir Əhmədov, prof. Piralı Əliyev, prof. Ramiz Əliyev, prof. Ləzifə Qasımova, prof. Gülnar Hüseynzadə, prof. Dilqəm Quliyev, dosent Ənvər Abbasov, dosent Əli-Paşa Zeynalov (elmi katib), dosent Asif Hacıyev və digər alimlər, təqdim olunmuş dissertasiya mövzularının müəllifləri və onların rəhbər və məsləhətçiləri iştirak ediblər.

Nəticədə 34 mövzu olduğu kimi, 18 mövzu müvafiq redaktə və düzəlişlərlə təsdiq edilmiş, 1 nəfər dissertantın dissertasiya mövzusunun müzakirəsinin Elmi Şuranın növbəti iclasında keçirilməsi tövsiyə olunub.