25.01.2019

Doktoranturaya və dissertanturaya qəbul imtahanları başa çatıb

Azərbaycan Respublikasının Təhsil İnstitutunda (ARTİ) 2018-2019-cu il üçün fəlsəfə və elmlər doktoru proqramı üzrə doktoranturaya və dissertanturaya qəbul başa çatıb.

Qəbul imtahanları müvafiq ixtsaslar üzrə üç mərhələdə keçirilib.

Doktoranturaya və dissertanturaya qəbul Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2018-ci il tarixli 774 s nömrəli sərəncamı ilə təsdiq olunmuş Plana əsasən aparılır.

İmtahan komissiyasına Azərbaycan Respublikasının Təhsil İnstitutunun struktur bölmə rəhbərləri ilə yanaşı ali təhsil müəssisələrinin professor heyəti də cəlb edilmişdir.