18.10.2018

Birinci sinif şagird və müəllimlərini əhatə edən layihənin icrası uğurla davam etdirilir.

Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi”ndə fərdi kateqoriya üzrə qalib olmuş A.Hüseynzadə adına 20 nömrəli tam orta məktəb-liseyin pisixoloqu Aytən Ağayevanın “Birinci sinif şagirdlərinin məktəbə psixoloji adaptasiyası” adlı layihəsinin icrası uğurla davam etdirilir.

Layihəsinin əsas məqsədi məktəbə ilk qədəmlərini atan şagirdlərdə yaranan psixoloji dezadaptasiyasının profilaktikası və birinci sinif müəllimlərinin psixoloji təlimlərin köməyi ilə maariflləndirilməsidiri.

Layihə çərçivəssində keçirilən təlimlər əsasən motivasiya və müəllim şəxsiyyətinin  sağlamlığı, həmçinin dezadaptasiya yaşayan şagirdlər üçün korreksiyaedici mövzuları əhatə edir.

Layihə Bakı şəhəri 20 nömrəli tam orta məktəb-liseydə keçirilir və həmin məktəb-liseyin müəllim və şagirdlərini əhatə edir.

Avqust ayında A.Hüseynzadə adına 20 nömrəli tam orta məktəb-liseydə həmin məktəbin 250 birinci sinif şagirdi mütəxəssislər tərəfindən yaradılmış xüsusi testdən keçirilib. Sentyabr ayında 1 həftə ərzində məktəbin birinci sinif müəllimləri üçün 8 təlim təşkil olunub, təlimlərə 30 müəllim cəlb edilib.

Test imtahanlarının nəticələrinə uyğun olaraq şagirdlər üçün 2 ay ərzində (oktyabr-noyabr) korreksiyaedici görüşlərin davam etdirilməsi planlaşdırılır.

Oktyabr ayından etibarən layihə çərçivəsində təşkil edilən korreksiyaedici görüşlər şagirdlərin sosial və koqnitiv bacaraqıqlarının inkişafına xidmət edir.

Layihənin ümumi icra müddəti 5 ay 10 gündür və layihə çərçivəsində işlər noyabr ayının sonunda başa çatacaq.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 211 layihədən 41-i, fərdi kateqoriya üzrə isə 639 layihədən 125-i olmaqla ümumilikdə 166 layihə qalib elan edilib.