16.10.2018

"Bərabər və məsuliyyətli cəmiyyət üçün inklüziv təhsil" layihəsi çərçivəsində təlimlər davam edir.

Təhsil Nazirliyinin elan etdiyi "Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 2-ci qrant müsabiqəsi"ndə ümumtəhsil məktəblər kateqoriyası üzrə qalib olmuş K.Ağayev adına Biləsuvar şəhər texniki fənlər təmayüllü internat tipli məktəb-liseyin “Bərabər və məsuliyyətli cəmiyyət üçün inklüziv təhsil” adlı layihəsi çərçivəsində təlimlər davam edir.

Layihənin əsas məqsədi sağlamlıq imkanları məhdud  uşaqlara zəruri bilik, bacarıq və vərdişlər aşılmaqla onların K. Ağayev adına Biləsuvar şəhər texniki fənlər təmayüllü internat tipli məktəb-liseyində təhsil almasına şərait yaradaraq cəmiyyətə inteqrasiyasına təmin etmək üçün  pedaqoji heyətin bilik və bacarıqlarının təkmilləşdirməkdir.

Layihənin məqsədlərinə nail olmaq üçün, aşağıdakı vəzifələrin yerinə yetirilnnəsi planlaşdırılır:

  • təhsil müəssisələrinin və tədris proqramlarının sağlamlıq imkanları məhdud şəxslərin ehtiyaclarına uyğunlaşdırılması üçün tədbirlərin görülməsi;
  • sağlamlıq imkanları məhdud şəxslərin təhsilinin təşkili ilə bağlı pedaqoji kadrların hazırlanması və ya əlavə təhsilə cəlb olunması;
  • sağlamlıq imkanları məhdud şəxslərin təhsilə cəlb olunması və sosial inteqrasiyasının vacibliyi barədə aidiyyəti dövlət qurumları ilə birlikdə təbliğat və ictimai maarifləndirmə işinin aparılması
  • inklüziv (inteqrativ) təhsilə cəlb olunan sağlamlıq imkanları məhdud şəxslər üzrə məlumat bazasının yaradılması.

Layihə çərçivəsində pedoqoji heyətin bilik və bacarıqlarını artırmaq üçün 70 nəfərə təlimə cəlb edilib.

Ümumi icra müddəti 4 ay olan layihə üzrə işlər 22 oktyabr 2018-ci ildə başa çatacaq.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 211 layihədən 41-i, fərdi kateqoriya üzrə isə 639 layihədən 125-i olmaqla ümumilikdə 166 layihə qalib elan edilib.