15.10.2018

Qubada məktəblilərin peyntbol üzrə hərbi vətənpərvərlik turnirinə yekun vurulub.

Azərbaycan Respublikasının Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi"ndə fərdi kateqoriya üzrə qalib olmuş Quba rayonu Talabıqışlaq kənd tam orta məktəbinin gənclərin çağırışaqədərkli hərbi hazırlığı müəllimi Ayaz Qədirovun "Müsəlləh əsgərəm, mən də bu gündən" adlı layihəsi çərçivəsində məktəblilərin peyntbol üzrə sonuncu turniri keçirilib.

Layihənin əsas məqsədi şagirdlərdə hərbi sənətə həvəsin oyadılması, hərbi sirlərə yiyələnmələrinə dəstək olmaq, hərbi xidmətə hazırlığa təkan vermək və eyni zamanda asudə vaxtlarının səmərəli təşkili, əyləncəli metodlarla öyrənmənin təmin olunmasıdır.

Layihə çərçivəsində Quba rayonunun 12 kənd məktəbində təhsil alan ümumilikdə 75 nəfər şagirdin iştirakı ilə 4 turnir keçirilb və müvafiq olaraq Qırmızı qəsəbə, Qəçrəş, Dağlı kənd tam orta məktəblərinin və Qımılqışlaq kənd üumi orta məktəbinin komandaları hərbi bilikərini yarışda uğurla tətbiq edərək qalib adını qazanıblar.

Hər bir tuirnirin yekununda qalib və mükafatçılar kubok, diplom və medallarla təltif olunub.

Layihənin icra müddəti 15 iyul  2018 – 15 oktyabr  2018-ci il tarixlərini əhatə edir.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 211 layihədən 41-i, fərdi kateqoriya üzrə isə 639 layihədən 125-i olmaqla ümumilikdə 166 layihə qalib elan edilib.