03.10.2018

"Mənim sevimli texnoparkım" layihəsi üzrə işlər davam etdirilir.

Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi” çərçivəsində fərdi kateqoriya üzrə qalib olmuş Bakı şəhəri 57 nömrəli məktəbin kimya müəllimi Tamilla Süleymanovanın “Mənim sevimli texnoparkım” adlı layihəsi üzrə işlər davam etdirilir.

Layihənin əsas məqsədi istedadlı şagirdlərin aşkar olunması və dəstəklənməsi, onların məntiqi tənqidi təfəkkürünün inkişaf etdirilməsi, nəzəri biliklərinin, tətbiqetmə bacarıqlarının, laboratoriyada işləmək qabiliyyətilərnin inkişaf etdirilməsidir.

Layihə 2 bölmə üzrə - kristolloqrafiya və robototexnika  üzrə 57 N-li məktəbin fizika və kimya labaratoruyalarında reallaşdırılır. Dərnəklərdə 30 şagird iştirak edir. Bunlardan 12-si kristolloqrafiyada (10-11-ci sinif şagirdləri), 18-i  isə robototexnikada (8-9-cu siniflər) iştirak edir.

Layihə çərçivəsində şagirdlərə araşdırma, elmi-tədqiqat, məlumat toplama, təqdimat hazırlama və təqdim etmə barədə təlimlər keçirilir.

Layihənin 18 oktaybrda keçrilməsi nəzərdə tutulan təqdimatına qədər kiçik şagird texnoparkı yaradılıb, işçi qrup təşkil edilib (2 təlimçi, mühasib, psixoloq). Bölmələr (kristolloqrafiya və robototexnika ) avadanlıqla təchiz edilib, məkan hazırlanıb və hər  2 bölmə fəaliyyətə başlayıb. Şagirdlər 5 kristal növü yetişdiriblər və xassələrini öyrənirlər. Kristallar bunlardır: mis kuporosu, limon duzu, nikel kuporosu, kalium-alüminium-sulfat, kalium-bixromat.

Robototexnika sahəsində isə şagirdlər proqramlaşdırma, robotların tətbiq sahəsi barədə biliklərini artırırlar.

Layihə çərçivəsində roll-up banner və flayerlərlər çap edilib, facebook-da səhifə açılıb.

İcra müddəti 4 ay olan layihə üzrə işlər 2018-ci il oktyabr ayının sonunda yekunlaşacaq.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 211 layihədən 41-i, fərdi kateqoriya üzrə isə 639 layihədən 125-i olmaqla ümumilikdə 166 layihə qalib elan edilib.