04.09.2018

"Çağırışaqədərki hazırlıq müəlliminə mentor dəstəyi" layihəsinin hesabat tədbiri keçirilib.

4 sentyabr 2018-ci il tarixində Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi”ndə fərdi kateqoriya üzrə qalib olmuş Sumqayıt şəhər İnternat tipli Gimnaziyanın Çağırışaqədərki hazırlıq (GÇH) rəhbəri eht.o. baş leytenant Vasif Ramazanovun  “Çağırışaqədərki  hazırlıq  müəlliminə mentor  dəstəyi” adlı layihəsinin yekun-hesabat və tətifetmə tədbiri keçirilib.

Layihənin əsas məqsədi məqsədi Sumqayıt şəhərinin GÇH  müəllimlərinə müasir təhsilin və cəmiyyətin tələbləri ilə uyğunlaşması üçün  geniş spektrli pedaqoji  mentor dəstəyinin təmin edilməsidir.

Sumqayıt şəhər Təhsil Şöbəsində keçirilən tədbiri giriş sözü ilə açan layihə rəhbəri, layihənin məqsədi və vəzifələri, görülmüş işlər, gözlənilən nəticələr barədə ətraflı məlumatl verib. Sonra layihə çərçivəsində GÇH və İKT üzrə mentor dəstəyi təlimləri keçmiş müəllimlərin sertifikatları təqdim edilib. Layihə çərçivəsində elan olunmuş daxili müsabiqə nəticələrinə görə “Ən yaxşı elektron dərs” nominasiyasının qalibləri diplomlarla təltif olunub. Layihənin icrası zamanı dəstək göstərmiş şəxslərə təşəkkürnamələr verilib.

Tədbirdə çıxış edənlər layihənin əhəmiyyəti barədə fikirlərini söyləyiblər. Sonda layihə çərçivəsində çap olunmuş Çağırışaqədərki hazırlıq fənni üzrə metodik vəsait iştirakçılara paylanıb, layihənin saytı, sosial səhifəsi iştirakçılara təqdim olunub.

Layihə çərçivəsində  20 iyun-3 iyul tarixlərində Sumqayıt şəhərinin 24 nəfər GÇH müəlliminə Yeni təhsil proqramı təlimləri, peşəkar ixtisasartırma təlimləri və İKT  təlimləri keçilmişdir. Yeni təhsil proqramı  və İKT təlimlərini İTE şirkətinin təcrübəli mentoru A. Ələkbərova, GÇH fənni üzrə peşəkar ixtisasartırma təlimlərini TN-nin GÇH fənni üzrə eksperti, Palkovnik-leytenant F.Axundov keçmişdir. Təlimlər Sumqayıt şəhəri Y.Məmmədəliyev adına 31 nömrəli tam orta məktəbdə təşkil edilmişdir. Təlimlərdən öyrənilmiş məlumatlrın, qazanılmış bacarıqların möhkəmləndirilməsi, pedaqoji fəaliyyətdə tətbiqinin stimullaşdırılması məqsədilə daxili “Ən yaxşı e-dərs” müsabiqəsi elan olunmuş və icra olunmuşdur. Layihə çərçivəsində GÇH mentor saytı formalaşdırılmışdır. Layihə çərçivəsində GÇH fənni üzrə lazimi sənədlər toplusu, metodik tövsiyyələrdən ibarət vəsaitin çap edilmişdir.

Layihənin uğurlu şəkildə həyata keçirilməsi GÇH  müəllimlərinin peşəkar inkişafına, fənnə qarşı məsuliyətin artmasına, şagirdlərin çağırışaqədərki hazırlıq mərhələlərini düzgün icra etməyə zəmin yaradacaqdır.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 211 layihədən 41-i, fərdi kateqoriya üzrə isə 639 layihədən 125-i olmaqla ümumilikdə 166 layihə qalib elan edilib.