18.11.2022

Riyaziyyat fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq mərkəzinin şagirdlərinə intensiv dərslər təşkil edilir

16-20 noyabr tarixlərində beynəlxalq olimpiadalara hazırlıq mərkəzinin şagirdlərinə riyaziyyat fənni üzrə intensiv dərslər təşkil edilir. Dərslərin keçirilməsində məqsəd olimpiadalara hazırlıq prosesinin təkmilləşdirilməsi və məktəblilərimizin beynəlxalq olimpiada nəaliyyətlərinin daha da yüksəldilməsidir. 

Beynəlxalq olimpiada hazırlıq komandasının müəllimləri İsmət Ağayev və Vüqar Quliyev 5 gün ərzində hazırlıq komandasına yeni mövzuları və əvvəlki olimpiadalarda təqdim edilən sualları izah ediblər. 

Qeyd edək ki, kamp S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında təşkil edilib.