11.11.2022

8-9 və 10-11-ci sinif şagirdlərinə payız kampı təşkil edilib

Riyaziyyat fənni üzrə olimpiadalara hazırlıq prosesinin təkmilləşdirilməsi və məktəblilərimizin beynəlxalq olimpiada nailiyyətlərinin daha da yüksəldilməsi məqsədilə 8-9 və 10-11-ci sinif şagirdlərinə payız kampı təşkil edilib.  

Kampda Xəzər Universitetinin professoru Nazim Kərimov, ADA Universitetinin dosenti Yaqub Əliyev, Beynəlxalq olimpiada hazırlıq komandasının müəllimləri İsmət Ağayev və Vüqar Quliyev 4 gün ərzində hazırlıq komandasına yeni mövzuları və əvvəlki olimpiadalarda təqdim edilən sualları izah edib.

Qeyd edək ki, kamp Heydər Əliyev adına Müasir Təhsil Kompleksində baş tutub.