15.09.2022

Doktorantlar və gənc tədqiqatçılar üçün növbəti onlayn infosessiya təşkil olunub

14 sentyabr tarixində doktorantların və gənc tədqiqatçıların XXV Respublika elmi konfransı - NASCO- ilə  bağlı yaranan sualları cavablandırmaq və ictimaiyyəti məlumatlandırmaq məqsədi ilə infosessiya keçirilmişdir.

Qeyd edək ki,  ARTİ-nin təşkilatçılığı ilə 2022-ci il noyabrın 23-24-də keçiriləcək XXV Respublika elmi konfransı – NASCO-nun keçirilməsində əsas məqsəd doktorantların və gənc tədqiqatçıların apardıqları elmi-tədqiqat işlərinin nəticələrinin müzakirəsini təşkil etmək, habelə onların elmi yaradıcılığını stimullaşdırmaqdır. 

Konfransın elanı ilə tanış olmaq və  müraciət etmək üçün aşağıdakı keçiddən istifadə etməyiniz xahiş olunur: 

https://bit.ly/3TD4Tze