14.09.2022

"Şagirdlərdə oxuyub-anlama bacarıqlarının inkişaf etdirilməsi metodikası" üzrə ixtisasartırma proqramı çərçivəsində təlimçi hazırlığı təlimləri keçirilib

8-12 sentyabr tarixlərində ARTİ MDPİM tərəfindən “Şagirdlərdə oxuyub-anlama bacarıqlarının inkişaf etdirilməsi metodikası” üzrə ixtisasartırma proqramı çərçivəsində təlimçi hazırlığı təlimləri keçirilib. 

Təlimlər gələcəkdə ixtisasartırma təlimlərini həyata keçirəcək pedaqoji kadrların təkmilləşdirilməsi məqsədilə təşkil olunub. Müəllimlər oxuyub-anlama prosesinin təşkili, meyarların tərtibi qaydaları və qiymətləndirmə vasitələrinin hazırlanması ilə bağlı bilik və bacarıqlarını artırıblar.

Eyni zamanda iştirakçılar oxunun təşkili, səmərəli oxu üsulları, natamam mətnlər üzrə işin təşkili metodikası, oxu xətaları, beynəlxalq qiymətləndirmə tədqiqatlarında oxunun qiymətləndirilməsi meyarları ilə bağlı məlumatlarla tanış olublar, yeni üsullarla təlim tapşırıqları hazırlamağın yollarını öyrənmək imkanı qazanıblar.