13.09.2022

"Refleksiv müəllim" layihəsi üzrə seminarların keçirilməsi prosesi davam edir

ARTİ MDPİM “Refleksiv müəllim” layihəsi üzrə seminarları davam etdirir.

12 sentyabr tarixində Aytəkin Məmmədov adına 38 nömrəli tam orta məktəbdə riyaziyyat fənni üzrə seminar təşkil edilib. Seminarda məktəbin riyaziyyat müəllimi Mənsurə Kərimova 7-ci sinif dərsliyində olan “Çoxluqlar” mövzusu üzrə dərs icmalı təqdim edib.

Təqdim edilən icmal əsasında çoxluqların birləşməsi və kəsişməsi xassələrinin məsələ həllinə tətbiqi, məzmun standartı ilə məqsəd arasında əlaqə, vaxtdan səmərəli istifadə, fərdi və qruplarla iş zamanı tapşırıqların hazırlanması üsulları, qiymətləndirmə meyarları, dərsin təşkilində işin yerinə yetirilmə ardıcıllığı kimi məsələlər ətrafında müzakirələr aparılıb, mütəxəssislərin rəy və tövsiyələri dinlənilib. 

Qeyd edək ki, yeni tədris ilindən MDPİM tərəfindən metodik dəstək göstərilən bütün məktəblərdə “Refleksiv müəllim” layihəsi üzrə mütəmadi olaraq ayrı-ayrı fənlərlə bağlı seminarların keçirilməsi planlaşdırılır.