19.08.2022

İbtidai sinif müəllimləri üçün "İxtisasartırma təhsilini həyata keçirən kadrların potensialının gücləndirilməsi" mövzusunda təlim keçirilib

15-19 avqust tarixlərində ARTİ MDPİM-də “İxtisasartırma təhsilini həyata keçirən kadrların potensialının gücləndirilməsi” mövzusunda ibtidai sinif müəllimləri üçün təlim keçirilib. 

30 akademik saatdan ibarət proqramın məqsədi ibtidai təhsil səviyyəsində Azərbaycan dili və riyaziyyat fənlərinin tədrisi metodikası üzrə müəllimlərin bilik və bacarıqlarının artırılmasıdır. 

Təlim zamanı iştirakçılar dinləyib-anlama və danışma, oxuyub-anlama, sürətli oxu və düzgün oxunun tədrisi, ibtidai təhsildə tələb olunan dil qaydaları və yazı bacarıqlarının tədrisi yolları, idrak taksonomiyası əsasında təlim və qiymətləndirmə vasitələrinin hazırlanması, diferensial təlimin təşkili, şagirdlərin öyrənmə tərzlərinin müəyyənləşdirilməsi, təlim məqsədlərinin standartlar əsasında müəyyən edilməsi strategiyaları, riyazi məsələlərin səmərəli həlli yollarının tapılması, müxtəlif təlim modellərinin dərsdə tətbiqi ilə bağlı praktik təlim tapşırıqlarına cəlb olunublar. 

Təlim Bakı Avropa liseyinin ibtidai sinif müəllimi Ülkər Mirzəyeva tərəfindən aparılıb.