19.08.2022

Təhsilverənlərin sertifikatlaşdırılması ərəfəsində müəllimlərlə keçirilən görüşlər davam edir

18 avqust tarixində Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyində olan məktəblərin ibtidai sinif müəllimləri ilə görüş keçirilib.

Görüşün məqsədi sertifikasiya imtahanının qiymətləndirmə çərçivəsini müəllimlərə izah etmək və onları narahat edən məqamlara aydınlıq gətirməkdir. Görüşdə müəllimlərə imtahanın məzmunu ilə bağlı məsələlər izah olunub, verilən suallar cavablandırılıb.

Görüşdə ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzinin direktoru Nəzakət Mehdiyeva, Əlaqələndirmə şöbəsinin müdiri Aynur Rüstəmova, Bakı Avropa liseyinin ibtidai sinif müəllimləri Pərvinə Qədimova, Ülkər Mirzəyeva, Bakı şəhəri İ.Hacıyev adına "Tərəqqi" texniki-humanitar liseyinin ibtidai sinif müəllimi, qabaqcıl təhsil işçisi Xumara Ağacanova iştirak edib.