18.08.2022

Təhsilverənlərin sertifikatlaşdırılması ərəfəsində müəllimlərlə görüşlər keçirilir

16 avqust tarixində Daşkəsən rayonu, 17 avqust tarixində isə Goranboy rayonu və Naftalan şəhərinin ibtidai sinif müəllimləri ilə görüş keçirilib. Görüşdə Bakı Avropa liseyinin ibtidai sinif müəllimi Pərvinə Qədimova iştirak edib.

Görüşün məqsədi sertifikasiya imtahanının qiymətləndirmə çərçivəsini müəllimlərə izah etmək və onları narahat edən məqamlara aydınlıq gətirməkdir.