16.08.2022

Təhsilverənlərin sertifikatlaşdırılması ərəfəsində ibtidai sinif müəllimləri ilə keçirilən görüşlər davam edir

15 avqust tarixində Gəncə şəhəri və Samux rayonu, 16 avqust tarixində isə Göygöl rayonunun ibtidai sinif müəllimləri ilə görüş keçirilib. Görüşdə ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzinin direktoru Nəzakət Mehdiyeva və Bakı Avropa liseyinin ibtidai sinif müəllimi Pərvinə Qədimova iştirak edib.

Görüşün məqsədi sertifikasiya imtahanının qiymətləndirmə çərçivəsini müəllimlərə izah etmək və onları narahat edən məqamlara aydınlıq gətirməkdir.