16.08.2022

"Süni İntellekt və Data Elmi" layihəsi çərçivəsində şirkətlərlə görüşlər davam edir

"Süni İntellekt və Data Elmi" layihəsi çərçivəsində təlim iştirakçılarının əmək bazarına daha rahat adaptasiyası məqsədilə bu sahədə perspektivli və rəqabətə davamlı mühit formalaşdırmış təşkilatların əməkdaşları və şirkətlərlə görüşlər davam edir.

12 avqust tarixində Paşa Bankın Port Baku filialında baş tutan görüşü bankın baş texnologiya direktoru Vüsal Xəlilov açıq elan edib.

Daha sonra spiker qismində Paşa Bank Data elmi departamentinin rəhbəri İlker Kurtuluş çıxış edib. Görüş zamanı İ. Kurtuluş Paşa Bankın data elmi departamentinin gördüyü işlər barəsində çıxış edib. O, bu sahədə qabaqcıl trendlərlə bağlı tələbələrlə müzakirələr aparıb.

Paşa Bank əməkdaşı Leyla Cahangirova da öz növbəsində tələbələri salamlayaraq onlara uğurlar arzu edib.

Görüşün sonunda iştirakçıların sualları cavablandırılıb.

Qeyd edək ki, görüşdə ARTİ və Paşa Bankın əməkdaşları, layihə iştirakçıları olub.