11.08.2022

Sumqayıt şəhərində ibtidai sinif müəllimləri ilə görüş keçirilib

11 avqust tarixində Sumqayıt şəhəri üzrə təhsilverənlərin sertifikatlaşdırılması ərəfəsində İsmət Qayıbov adına 1 saylı orta məktəbdə ibtidai sinif müəllimləri ilə görüş keçirilib. Görüşün məqsədi sertifikasiya imtahanının qiymətləndirmə çərçivəsini müəllimlərə izah etmək və onları narahat edən məqamlara aydınlıq gətirməkdir. Görüşdə müəllimlərə imtahanın məzmunu ilə bağlı məsələlər izah olunub, verilən suallar cavablandırılıb.

Görüşdə ARTİ-nin Əlaqələndirmə şöbəsinin müdiri Aynur Rüstəmova, Bakı Avropa liseyinin ibtidai sinif müəllimləri Pərvinə Qədimova və Ülkər Mirzəyeva iştirak edib.