09.08.2022

Müəllimlərlə maarrifləndirici görüşlər davam edir

Təhsilverənlərin sertifikatlaşdırılması ərəfəsində bölgələrdə müəllimlərlə maarrifləndirici görüşlər davam edir.

9 avqust 2022-ci il tarixində Abşeron-Xızı Regional Təhsil İdarəsinin tərkibinə daxil olan Xızı rayonunda ibtidai sinif müəllimləri ilə görüş keçirilib. Görüşdə ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzinin direktoru Nəzakət Mehdiyeva və Bakı Avropa liseyinin ibtidai sinif müəllimi Ülkər Mirzəyeva iştirak edib.

Görüşdə müəllimlərə sertifikasiyanın qiymətləndirmə çərçivəsi izah edilib, onları maraqlandıran suallar cavablandırılıb.